AZ

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Seçilən
21
20
yeniazerbaycan.com

10Mənbələr