
Almatıda unikal “Nauruz Almaty Vibe” festivalı keçirilir.
Reyting.az “Sputnik-Kazaxstan”a istinadla xəbər verir ki, Almatı şəhərində Novruz festivalı davam edir. Tədbirdə robotlar, virtual avatarlar, robototexnika sərgisi və kosmik yurd nümayiş olunur.
Qeyd edilir ki, intellektual oyun həvəskarları maraqlı “Oy-Duman” oyununda iştirak edə biləcəklər. Arzu edənlər, həmçinin VR qulaqlıqdan istifadə edərək zamana səyahət edə və süni intellektdən yararlanaraq parlaq fotolar çəkə bilərlər.
V. QULİYEV