AZ

Sebastyan Höness daha 3 il “Ştutqart”da!

Almaniyanın “Ştutqart” klubu əsas komandanın baş məşqçisi, alman mütəxəssis Sebastyan Höness ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu bardədə Bundesliqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Mən müqavilə müddətimin uzadılmasına çox şadam, çünki əminən ki, biz birlikdə hələ çox şeyə nail ola biləcəyik. Demək olar iki il qabaq, mən “Ştutqart”a qoşulanda, biz çətin vəziyyətdə idik, komanda yarış cədvəlinin 18-ci pilləsində qərarlaşmışdı. Buna rəğmən, bu, düzgün qərar olaraq görünürdü. Elə, indi də müqaviləmin yenilənməsini düzgün qərar hesab edirəm”, deyə Höness müqavilə müddətinin uzadılması ilə bağlı açıqlama verib.

Yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

42 yaşlı Sebastyan Höness “Ştutqart”ın sükanı arxasına 2023-cü ilin aprelində gətirilib. Bu müddətdə alman mütəxəssis “şvabiyalılar”ı 89 oyuna çıxarıb, 49 qələbə, 16 heç-heçə, 24 məğlubiyyət yaşayıb. Topların fərqi isə 188:125 nisbətindədir.

26 oyundan 37 xalla “Ştutqart” Almaniya Bundesliqasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Seçilən
24
arena.az

1Mənbələr