AZ

Roberto Martines: “Danimarkaya qarşı fərqli oynamalıyıq”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının 1/4 finalının Danimarka yığması ilə cavab oyunu haqda danışıb.

Arena.az ispan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq qənaətini təqdim edir:

“Birinci oyunda biz pis oynamışdıq, amma bizim rəqibimiz yaxşı oynayan güclü Danimarka yığması idi. Onlar aqressivdirlər, yüksək təpki göstərirlər. Cavab oyununu evdə keçirəcəyik və bizə fərqli surətdə çıxış etmək gərəkdir. Bütün biletlər satılıb. Bizə belə oyunlarda iştirak etmək xoşdur, biz bununla şərəf duyuruq”, deyə Roberto Martines mübariz ruhda bildirib.

Təcrübəli mütəxəssis tənqidə münasinətini də açıqlayıb. İspan mütəxəssisin müvafiq fikrini təqdim edirik:

“Mən heç nəyə baxmır və heç nə oxumuram, amma tənqid – mənim işimin bir hissəsidir”, deyə Martines vurğulayıb.

Portuqaliya – Danimarka oyunu bu gün, martın 23-də Lissabonda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Xatırladaq ki, komandalar arasında Kopenhagendə keçirilmiş ilk oyun Danimarka yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
24
arena.az

1Mənbələr