Danimarka yığmasının baş məşqçisi Brayan Rimer UEFA Millətlər Liqasının 1/4 finalının Portuqaliya ilə cavab oyunu haqda danışıb.
Arena.az “A Bola” dərgisinə istinadən, danimarkalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Burada, Eysebio, Fiqu, Ruy Koşta, indi isə Kristiano Ronaldo kimi oyunçular yetişdirmiş ölkədə olmaq xoşdur. Həlledici oyunu bu stadionda (“Joze Alvalade” stadionu – redaktorun qeydi) oynamaq çox yaxşıdır. Belə oyunlarda bu, futbolçuların arzusudur. Biz bura böyük həvəslə gəlmişik. Biz bu finala buyuracaq komandanın intizarındayıq. Gəlin, Danimarka xalqının qürur duyması üçün mümkün olan hər şeyi edək”, deyə Brayan Rimer çağırış edib.
Portuqaliya – Danimarka oyunu bu gün, martın 23-də Lissabonda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Xatırladaq ki, komandalar arasında Kopenhagendə keçirilmiş ilk oyun Danimarka yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.