AZ

“Barselona” Tiflisdə ilk xarici mağazasını açacaq

Kataloniya nəhəngi “Barselona” futbol klubu yaxın vaxtlarda klubun üç yeni mağazasının açılışını həyata keçirəcək.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Mağazalar lisenziyalaşdırma və merçendayzinq üzrə biznesin inkişafı proqramı çərçivələrində açılacaq.

Martın 29-da Gürcüstanın paytaxtı Tiflisdə bu mağazalardan birincisinin açılışı olacaq. Bu, “blauqrana”nın həmçinin ilk xarici mağasazı olaraq əlamətdar olacaq. Aprelin 1-də isə Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma-de-Mayorkanın hava limanında açılacaq. Bu hadisə isə yaya nəzərdə tutulub. Bundan başqa, bildirilir ki, Tiflisdəki mağaza Gürcüstan paytaxtının tarixi mərkəzində yerləşəcək.

Xatırladaq ki, 2018-ci ildən “Barselona” klubun rəmzlərinin satışına birbaşa nəzarəti müəyyənləşdirib. Kataloniya klubunun məqsədi brend üzərində tam nəzarəti bərpa etməkdir.

Seçilən
14
arena.az

1Mənbələr