
Sankt-Peterburq məhkəməsi rusiyalı keşişi 2014-cü ildə Ukrayna bayrağı ilə çəkdirdiyi fotoya görə 14 sutkalıq həbs edib. Onu kilsədə saxlayıblar.
Reyting.az xəbər verir ki, Rus Pravoslav Kilsəsinin keşişi Nikolay Savçenko 2014-cü ildə əlində tridentlə Ukrayna bayrağı tutduğu fotoşəkilə görə cəza alıb.
Foto vaxtı ilə Savçenkonun "VKontakte" səhifəsində yayımlanıb. Din xadimi mətni İncildən bir sitatla tamamlayıb:
"Rəbb belə deyir: gedib qardaşlarınızla müharibə etməyin" (1 Padşahlar 12:24).
Nevski prospektində 1 May nümayişində çəkilmiş fotoşəkilin nəyə görə 11 il sonra hüquq-mühafizə orqanlarının tərəfindən aşkar edildiyi məlum deyil. Keşiş kilsədə saxlanılmasını çox kobud addım adlandırıb.

Sankt-Peterburq şəhərinin Smolninski Rayon Polis İdarəsi Savçenkonu qadağan olunmuş simvolların nümayişi maddəsi ilə (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü bəndi) saxlayıb. O, Ukrayna bayrağındakı tridentin Rusiya Ali Məhkəməsinin 2020-ci il sentyabrın 2-də Rusiya Ali Məhkəməsinin keçmiş qərarı ilə elan etdiyi "Ukrayna Millətçiləri Təşkilatı"-nın simvolu olduğunu nəzərə almaqla, həbs edilib.
2014-cü ilin mayında Krımın ilhaqı, eləcə də Ukraynanın ərazisində, yəni Donbasda hərbi əməliyyatların başlaması fonunda kilsədə oxuduğu sülhə çağıran çoxsaylı moizələrindən qəzəblənən yeparxiya az sonra Savçenkonu yeni xidmətə köçürüb.
Oqtay QORÇU