1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində mağazalardan birinin qarşısında qeydə alınıb.
40 yaşlı K.Quliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadına ilkin tibbi yardım göstərilib. Məlumata görə, onu tanıdığı şəxs bıçaqlayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.