Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanıldıqdan sonra Çağlayan Ədliyyəsinə gətirilib, ifadəsi alındıqdan sonra həbs olunaraq Silivridəki Mərmərə Cəzaçəkmə Müəssisəsinə aparılıb.
Bizim.Media xəbər verir ki, İmamoğlunun həbsxananın həyətində çəkilmiş ilk fotosu sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.
Ona qarşı aparılan “terror” istintaqında prokurorun həbs tələbi hakim tərəfindən rədd edilib.
Bizim.Media