“Ukrayna ilə bağlı sülh sazişi imzalanacağı təqdirdə Avropanın əlində planı olmalıdır, bunu sonraya saxlamamalıdır”.
AzPost bildirir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Kir Starmer deyib.
“Saziş bağlanarsa, həyata keçirə biləcəyimiz bir planımız olduğuna necə əmin ola bilərik? Razılaşmanı gözləyə və sonra “yaxşı” deyib başımızı qaşıya bilmərik”- deyə o vurğulayıb.