AZ

Ermənistan üçün KRİTİK gün: Sabah bu QƏRAR veriləcəkmi? - Bakıdan REAKSİYA

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qanun layihəsinə parlamentin martın 25-də keçiriləcək iclasında baxılacaq. Bununla da ölkənin Aİ-yə qəbul prosesinə başlanıla bilər. Qanun layihəsi parlament tərəfindən qəbul olunarsa, Aİ-yə gələcək üzvlük məsələsi referenduma çıxarılacaq.
 
Bu mövzuda Musavat.com-a danışan professor Qabil Hüseynlinin sözlərinə görə, qərarın parlamentdə qəbulunu gözləyir.
 
qabil.jpg (172 KB)
 
Onun fikrincə, Paşinyan iqtidarı avrointeqrasiya addımlarını sürətləndirə bilməsə də, mərhələli şəkildə bu siyasəti həyata keçirir:
 
"Bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrəvanı açıq şəkildə xəbərdar etdi ki, Avrasiya İqtisadi Birliyini Avropa İttifaqına dəyişməklə Ermənistan ciddi iqtisadi tənəzzül yaşayacaq. Bununla hakimiyyətə deyildi ki, sosial partlayış baş verə bilər. Lakin Ermənistan hakimiyyəti uğurlu zaman seçməyib. Çünki Gürcüstan bu prosesi hələlik dayandırıb, Moldova və Ukrayna belə birliyə üzv qəbul edilməyibsə, bölgədə geosiyasi şəraitin qəfil dəyişməsi gözlənilirsə, İrəvan tələsməməlidir. Çünki bu, ciddi təlatümə səbəb ola bilər".
 
Qabil Hüseynli hesab edir ki, referendum 2027-yə çəkəcək və Paşinyan da bunu təsdiqləyib:
 
"O vaxta qədər regionda konfiqurasiya dəyişə bilər. Düşünmürəm ki, Ermənistana tezliklə Avropa İttifaqına üzvlük üçün namizədlik statusu versinlər. Avropa Birliyinin özündə də kövrək dövrdür. Brüsselin Vaşinqtonla problemləri var".
 
Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, Ermənistan Aİ üzvü olmaq üçün əvvəlcə Aİİ-dən çıxmalıdır.
 
ZURİYA.jpg (80 KB)
 
Ekspertə görə, bu da iqtisadiyyatı Rusiyadan asılı ölkə üçün ilk vaxtlarda böyük problemlər yarada bilər:
 
"Rusiya baş nazirinin müavini Overçuk açıq deyib ki, İrəvan Avropa İttifaqını seçirsə, o zaman Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Bu da Ermənistan üçün ciddi iqtisadi itkidir. Hazırda Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu var və nəticədə ticarət dövriyyəsi 16 milyard dollara çatmaqdadır. Təbii ki, Ermənistanın bu qədər ticarət həcmi ola bilməzdi. Bu da Rusiyanın onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu mənada, Ermənistanın Avropa yolu ağrılı proses olacaq".
 
Züriyə Qarayeva istisna etmir ki, referendumla bu qərar qəbul ediləcək, amma ona qədər Türkiyə ilə sərhədlər açılmasa, Rusiyadan asılılıq azalmasa, onda İrəvan Moskvadan ciddi təzyiqlər görəcək:
 
"Rusiya rəsmiləri Paşinyan komandasına deyirlər ki, indi daha çox qazanırsınız. Amma İrəvan getdikcə Rusiyadan uzaqlaşmaq istəyir. Bu da indi mürəkkəb məsələdir. Paşinyanın Putinə son zəngi də göstərdi ki, Ukrayna münaqişəsindən sonra Rusiya Ermənistanla bəzi yarımçıq məsələlərin haqq-hesabını çürüdəcək".
 
Seçilən
8
moderator.az

1Mənbələr