AZ

Karasin: Rusiyanın ABŞ nümayəndələri ilə danışıqları yaradıcı xarakter daşıyır

Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aktual məsələlərin maraqlı müzakirəsi davam edir və yaradıcı şəkildə aparılır.

Bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin məlumat verib.

“Danışıqlar tam sürətlə gedir və davam edir". O, “İnterfaks” a müsahibəsində deyib : “Bəzi kifayət qədər aktual məsələlərin maraqlı müzakirəsi gedir".

Federasiya Şurası Komitəsinin sədri qeyd edib ki, Rusiya və Amerika tərəfləri yaradıcı danışıqlar aparır. Hər hansı razılaşmaların əldə olunmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Karasin bildirib ki, dövlətlər arasında danışıqlar heç də həmişə böyük sənədlərin və sazişlərin imzalanması ilə bitmir. Onun fikrincə, daim əlaqə saxlamaq və bir-birinin fikirlərini anlamaq vacibdir və onlar buna nail olurlar.

Seçilən
23
50
aznews.az

10Mənbələr