Türkiyə polisi 19-23 mart 2025-ci il tarixləri arasında keçirilən etiraz aksiyaları ilə əlaqədar 1133 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən 1133 nəfər saxlanılıb. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şəxslər müəyyən edilib”, Yerlikaya X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Etirazlar zamanı 123 polis əməkdaşı yaralanıb. Nümayişçilərdən turşu, daş, çubuq, fişəng, molotof kokteyli, balta və bıçaqlar müsadirə edilib.