AZ

İstanbulda keçirilən aksiyada saxlanılanların sayı məlum olub

Türkiyə meri Əkrəm İmamoğlunun həbsi ilə bağlı keçirilən etirazlar zamanı 1100 etirazçı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.

“Saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəsi olan şəxslər müəyyən edilib”, o vurğulayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 123 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarından turşu, daş, çubuq, məşəl, molotov kokteyli, balta və bıçaqların götürüldüyü qeyd edilir.

Seçilən
103
nocomment.az

1Mənbələr