Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultay qərarına etiraz olunub.
"Cebheinfo.az" xəbər verir ki, Hatay Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Lütfü Savaş CHP-nin qurultay qərarına rəsmi qaydada etiraz edib.
O, sözügedən qurultay qərarını ləğvi üçün məhkəməyə müraciət edib. Həmçinin, Levent Çelik və Hatip Karaaslan da şikayət verib.
Qeyd edək ki, 6 apreldə CHP-nin növbədənkənar qurultayı keçiriləcək. Özgür Özəl yenidən partiya sədrliyinə namizəd olub.