
Türkiyədə keçirilən etiraz aksiyalarında 1133 nəfər saxlanılıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya öz sosial şəbəkə hesabında məlumat yayıb.
Nazir bildirib ki, 123 polis əməkdaşı aksiyalar zamanı müxtəlif dərəcələi bədən xəsarətləri alıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda Əkrəm İmamoğlunun saxlanılmasına etiraz əlaməti olaraq gemişmiqyaslı aksiyalar keçirilir.