Respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko Rusiya əleyhinə sanksiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.
O, bu barədə "YouTube" kanalında yayımlanan TV JOJ telekanalına müsahibəsində bildirib.
“Mən Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarıyam. Mən [Slovakiyanın Baş naziri] Robert Fikonu dəstəkləyirəm və Allaha dua edirəm ki, biz də macarların səs verdiyi kimi səs verək”, - Danko bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqının (Aİ) özünə ziyan vurur.