Polşanın xarici işlər naziri Radoslav Sikorski iddia edir ki, Rusiya guya “onilliyin sonuna qədər daha geniş aqressiyaya” keçə bilər.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TOK FM sitat gətirir.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı Rusiyanın “Ukraynanın sənaye və insan resurslarına sahib çıxacağı təqdirdə” mümkün olacaq. Siyasətçi bundan sonra güc balansının dəyişəcəyini vurğulayıb.
Sikorski hesab edir ki, bu baxımdan “daha geniş aqressiya” ehtimalını nəzərə almaq lazımdır. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyətin əsas məqsədi Ukraynanın suverenliyinin qorunması olmalıdır.
“Ən vacibi Ukraynanın öz liderlərini seçən, ərazisinin böyük hissəsinə nəzarət edən və inteqrasiya istiqamətləri ilə bağlı qərarlar qəbul edən bir ölkə kimi sağ qalmasıdır”, – Sikorski bildirib.