AZ

Kristiano Ronaldo müstəsna rekord gerçəkləşdirdi

Portuqaliya yığması və “Əl-Nəsr”in kapitanı, 40 yaşlı veteran ulduz hücumçu Kristiano Ronaldo daha bir müstəsna rekordu ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, “Kriş” UEFA Millətlər Liqasını 1/4 finalının Danimarka yığması ilə Lissabonda keçirilmiş cavab oyununda rəqib qapısına qol vuraraq, komandasının 5:2 (əsas vaxt 3:2; ilk oyun 0:1) hesablı qələbəsinə töhfəsini verib.

Beləliklə, Ronaldo artıq ardıcıl 22 ildir ki, milli komandanın heyətində qolları sıralayır və bu mütləq rekorddur. “Kriş” müvafiq rekorda imza atmış ilk futbolçudur.

Əlavə edək ki, Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Seçilən
28
1
arena.az

2Mənbələr