Bakı. Trend:
Böyük Britaniyanın leyborist hökuməti büdcə vəsaitlərinə qənaətməqsədilə Brexit ticarət sistemi layihəsini bağlamağın mümkünlüyününəzərdən keçirir.
Trend xəbər verirki, bu haqda “Politico” öz mənbələrinə istinadən yazır.
2020-ci ilin dekabrında mühafizəkarların formalaşdırdığınazirlər kabineti tərəfindən başladılan və artıq 180 milyon funtsterlinqdən çox sərmayə qoyulan proqram xarici ticarət tərəfdaşlarıilə "vahid ticarət pəncərəsi" yaratmaq və əməkdaşlığı “radikalşəkildə sadələşdirmək” məqsədini daşıyırdı.
Plana əsasən, bu sistem Böyük Britaniya idxalçıları vəixracatçılarının bütün sənədləri vahid rəqəmsal məkanda təqdimetməsinə imkan yaradaraq, həm vaxt, həm də maliyyə xərclərinəqənaət etməyə vəsilə olacaqdı.
Lakin bir sıra gecikmələrdən sonra layihənin yenilənmişqiymətləndirilməsinə görə ümumi dəyəri 330 milyon funt sterlinqə(427 milyon dollar) çatacağı məlum olub və buna baxmayaraq, sistemhələ də tam reallaşdırılmayıb.