Kreml Stiv Vitkoffun Vladimir Putinin Donald Trampa hədiyyə - məşhur rus rəssamının tablosunu verdiyi barədə sözlərini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Bu, həqiqətən də prezidentin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir", - Kreml sözçüsü deyib.
O, tabloda nə təsvir edildiyini və müəllifinin kim olduğunu söyləməkdən imtina edib.
“Hədiyyə şəxsi olduğu üçün əlavə məlumat vermək istəmirik”, - deyən Peskov rəsm haqqında Vladimir Putinin özünün danışa biləcəyini qeyd edib.