Qaradağ rayonu, Qızıldaş yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes Axor” markalı yük maşını yoldan çıxaraq dəmir maneəyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəza yolun su olması səbəbindən yaranıb. Nəticədə yük maşınına maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin