AZ

Şolz Parisdə Ukrayna sammitində iştirak edəcək

Almaniyanın hazırkı kansleri Olaf Şolz Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammitində iştirak etmək üçün martın 27-də Parisə səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

Martın 27-də Parisdə Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammiti keçiriləcək. Fransa prezidenti Emmanuel Makron deyib ki, onun sammitdəki məqsədi Kiyevə qısamüddətli dəstək üçün öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etməkdir.

Seçilən
42
nocomment.az

1Mənbələr