Avropa İttifaqı (Aİ) Ermənistan hökumətinə məsləhətçilər təyin edib. Artıq Ermənistanda 5 nazirliyə Fransa tərəfinin göndərdiyi məsləhətçilər ezam olunub.
Maraqlıdır, Ermənistan-Aİ, Ermənistan-Fransa münasibətlərindəki bu yaxınlıq regiona nə vəd edir?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbsov Ermənistanın məqsədli şəkildə aldadıldığını bildirib:
“Ermənistanı heç vaxt Aİ-yə üzv olmayacaq. Onu sadəcə aldadırl, yalançı ümid verirlər. Onlar bu cür yalanlar və boş vədlərlər Ermənistanı zorla müharibəyə hazırlayırlar.
Qərb Ermənistana bir tərəfdən silah-sursat göndərir, digər tərəfdən müxtəlif təlimatlar verirlər. Çalışırlar ki, Ermənistan revanşizm ruhunu qoruyub saxlasın.
Bu, çox təhlükəli oyundur. Qərb Ukrayna kimi Cənubi Qafqazı da qaynar nöqtəyə çevirməyə çalışır. Ermənistanın silahlandırılmasında, aldadılmasında, müharibəyə sövq edilməsində məqsəd bundan ibarətdir”.
Seymur ƏLİYEV