AZ

Axırda adımızı Bakı Respublikası qoyacaqlar - Elçin Bayramlı

Jurnalist Elçin Bayramlı Bakının hazırkı vəziyyəti ilə bağlı maraqlı fikir səsləndirib. O bildirib ki, hazırda şəhərdə sıxlıq, tıxac və nəqliyyatda basabas müşahidə olunmur. Bu vəziyyəti normal hesab edən jurnalist, əslində Bakının həmişə belə olmalı olduğunu vurğulayıb.

Lakin o, son illərdə ölkə əhalisinin böyük bir hissəsinin paytaxta köç etdiyini və bunun şəhərin həddindən artıq yüklənməsinə səbəb olduğunu qeyd edib.

News365.az xəbər verir ki, onun fikrincə, regionlar yalnız bayramlarda Bakıda yaşayan insanların istirahət üçün getdikləri məkanlara çevrilib.

“Paytaxtdan ibarət ölkəyə çevrilirik. Axırda adımızı Bakı Respublikası qoyacaqlar,” – deyə Elçin Bayramlı ironiya ilə vəziyyəti dəyərləndirib.


Seçilən
124
news365.az

1Mənbələr