AZ

Ankara Böyükşəhər Bələdiyyəsi ilə əlaqədar da istintaq başladı – Mənsur Yavaşın başı dərddə…

Ankara Böyükşəhər Bələdiyyəsi ilə bağlı təşkil edilən 33 konsertlə əlaqədar istintaq başlayıb.

Heftelik.az xəbərinə görə, Ankara valiliyi Ankara Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq aparılmasına icazə verib.

Qeyd edilib ki, valilik 2021-2024-cü illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən 130 konsertdən 33-ü haqqında dövlətə ziyan vurulması iddiasıyla istintaqın aparılmasına icazə verilməsi barədə qərar çıxarıb.

Ankara Böyükşəhər Bələdiyyəsinin yaydığı açıqlama bildirilib ki, daha öncə Sayıştay (Hesablama Palatası)  və Daxili İşlər Nazirliyi tərəfindən həmin konsertlərlə bağlı təftiş aparılıb, həmin yoxlamalarda hər hansı mənfi hala rast gəlinməyib. Nəzərə çatdırılıb ki, məsələ ilə bağlı haqlarında araşdırma aparılan 9 bələdiyyə işçisi məhkəməyə müraciət edərək etirazlarını bildirəcəklər.

Xatırladaq ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş da Türkiyədə prezidentliyə əsas iddialı şəxslərdən biri sayılır. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və rüşvət iddiaları ilə əlaqədar həbsindən sonra məhz Mənsur Yavaş Cümhuriyyət Xalq Partiyasının növbəti prezident seçkilərində ən real namizədi hesab olunur.

 

Seçilən
44
heftelik.az

1Mənbələr