AZ

Ermənistan Aİ-nin vizaları sadələşdirəcəyini gözləyir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan Avropa İttifaqının vizaları sadələşdirəcəyini gözləyir.

Aprel ayında Ermənistan ilə Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə İrəvan-Brüssel danışıqlarının növbəti mərhələsi olacaq. Ermənistan XİN hələlik danışıqlar prosesinin başa çatmasının dəqiq vaxtını açıqlamayıb.

Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bununla əlaqədar deyib: "Danışıqlar 2024-cü ilin dekabrında başlayıb. Növbəti mərhələ 2025-ci il 7-11 aprel tarixlərinə planlaşdırılıb. Biz bu prosesə yetərincə yaxşı hazırlaşmışıq". Diplomat danışıqların fəal şəkildə irəlilədiyini, lakin prosesin nə vaxt başa çatacağının bəlli olmadığını söyləyib: "Aİ tərəfdaşları hər zaman son tarixləri müəyyən etməkdən çəkinirlər. Biz oxşar proseslərin 3 ildən 6 ilə qədər davam etdiyi digər ölkələrin təcrübəsinə nəzər sala bilərik. Amma düşünürəm ki, Ermənistanda bu proses daha sürətli gedəcək".

Hürr Tərcüman

Seçilən
6
hurriyyet.az

1Mənbələr