AZ

Kitabxanada qadının çadrasını yandırmağa cəhd edən şəxs tutuldu

Kanadada bir kişi kitabxanada hücum etdiyi qadının çadrasını yandırmağa çalışıb. Hücum edən şəxs nəzarətə götürülüb və hadisədə nifrət faktorunun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

KONKRET.az xəbər verir ki, Kanadanın Ontario əyalətində kitabxanada müsəlman qadına hücum edərək onun çadrasını yandırmağa cəhd edən şəxs saxlanılıb.

Açıqlamada hadisəyə ilk olaraq kitabxananın mühafizəçilərinin müdaxilə etdiyi, qaçan təcavüzkarın bir neçə saat sonra polis tərəfindən yaxalandığı qeyd edilib.

Aynurə İsmayıl,

KONKRET.az

Seçilən
127
konkret.az

1Mənbələr