AZ

"Çelsi"nin Sançonu planı

"Çelsi" Ceydon Sançonun tam hüquqlu transferini həyata keçirmək arzusundadır.

İdman.biz xəbər verir ki, icarə əsasında oynayan futbolçuya 25 milyon avro ödənəcək.

"Mançester Yunayted"ə məxsus futbolçu mövsümün sonuna kimi London klubunun heyətində cəlb olunub. Sançonun çıxından razı qalan "zadəganlar" müqavilədəki satınalma maddəsini aktiv etmək hüququna malikdirlər.

Qeyd edək ki, "Çelsi" yayda daha bir cinah yarımmüdafiəçisi almağı planlaşdırır. Ukraynalı futbolçu Mixail Mudrixin dopinq üzündən diskvalifikasiya olunması komandanı çətin vəziyyətdə qoyub.

İdman.biz

Seçilən
21
idman.biz

1Mənbələr