AZ

İsrail XİN: Türkiyə ilə qarşıdurma istəmirik

İsrailin xarici işlər naziri Gideon Saar Türkiyə ilə nə Suriyada, nə də başqa yerdə qarşı-qarşıya gəlmək istəmədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Saar İsraildə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Kaja Kallas ilə Qərbi Qüdsdə keçirdiyi birgə mətbuat konfransında danışıb.

AB-nin İsrailin əsas ticarət tərəfdaşı olduğunu ifadə edən Saar, "ortaq dəyərləri, maraqları və ortaq tarixi paylaşdıqlarını, bəziləri ağrılı olsa da, aralarında zaman zaman fikir ayrılıqları da var" dedi.

Saar, İsrailin AB üçün strateji bir varlıq olduğunu müdafiə edərək, "İran, Husilər, Həmas və Hizbullaha qarşı apardıqları müharibənin bölgədə Qərb sivilizasiyası üçündür"-deyə, bildirib.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İsrailin Qəzzada atəşkəs təklifini qəbul etdiyini, lakin HƏMAS-ın bunu rədd etdiyini bildirən Saar, “Sabah Qəzzada israilli məhbusların azad edilməsi, Qəzzanın tərksilah edilməsi, HƏMAS və İslamçı silahlı ünsürlərin oradan çıxarılması ilə müharibənin bitə biləcəyini” iddia edib.

Türkiyənin Suriyadakı təsiri ilə bağlı sualı cavablandıran Saar, “Biz nə Suriyada, nə də başqa bir yerdə Türkiyə ilə qarşılaşmaq istəmirik”- ifadəsini işlədib.

İsrailin Qəzzanı tamamilə işğal etməsi və hərbi nəzarətin qurulması imkanlarını ABŞ ilə müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandıran Saar, bu məsələnin hələ hökumət tərəfindən qərar verilmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr