AZ

Marqarin istehsalı 37 %-dən çox artıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 10 168,5 ton marqarin istehsal edilib. 

Valyuta.Az-ın Dövlət Statistika Komitəsinın açıqladığı rəsmi statistikalara əsasən apardığı hesablamalara görə, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37.5 %  daha çoxdur.

1 mart 2025-ci il tarixinə marqarin ehtiyatı 5 768,6 tona yüksəlib. 

Qida məhsullarının ümumi istehsalına baxdıqda kolpasa məhsulları və meyvə şirələrinin istehsalı 5.6 %, qaymaq, xama istehsalı 11 %, unlu qənnadı məmulatlarının istehsalına 4.7%, şəkərli qənnadı məmulatlarının istehslaında 7.5 %, çay istehsalında 21.7 %, oendir və kəsmik istehsalında isə 1 % azalma qeydə alınıb. 

Bundan savayı meyvə-tərəvəz konservlərinin istehsalı 15 %, duru bitki yağlarının istehsalı 3.8 %, kərə yağı istehsalı 2.1 %, şəkər və qənd istehsalı 17.8 %, qida duzu istehsalı 4.9 %, makaron məmulatlarının istehsalı isə 2.1 dəfə artıb. 

1 mart 2025-ci il tarixinə meyvə-tərəvəz konservləri ehtiyatı 20 124.2 tona, duru bitki yağları ehtiyatı 3711.2 tona, unlu qənnadı məmulatları ehtiyatı 936.2 tona yüksəlib. 

Rəhim

Seçilən
28
valyuta.az

1Mənbələr