AZ

İkinci Liqa: İmişlidə 6, Göygöldə 10 qol - Video

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Qusar” “Araz Saatlı” ilə, “Dinamo” isə “Şimal”la ev oyunundan qələbə ilə ayrılıb. Altı qolun qeydə alındığı “Kür-Araz” – “Füzuli” matçında qalib müəyyənləşməyib. 10 qolun vurulduğu “Göygöl” – “Hypers Quba” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.

İkinci Liqa
18-ci tur
23 mart

“Şahdağ Qusar” – “Lerik” 3:0
Qollar: Xəqani Sadıxov, 58. Samir Qurbanov, 66. Vüsal Hüseynov, 90+2.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağdaş” – “Şəki Siti” 1:3
Qollar: Elvin İsmayılov, 20 – Revazi Otaraşvili, 10. Osman Soltanov, 24-pen. Əli Tağızadə, 90+4.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağdaş şəhər stadionu, 15:30.

“Şəfa” – “Şəmkir” 3:1
Qollar: Amil Yunanov, 36; 44-pen. Elvin Nəsibov, 88 – Ceyhun Rəcəbli, 41.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Gülnurə Əkbərzadə, Alik Yunusov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 15:30.

24 mart

“Qusar” – “Araz Saatlı” 2:1
Qollar: Orxan Qurbanlı, 8. Əlibəy Məmmədli, 16-pen – Elariz Xəlilli, 90+3-pen.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Sevda Nuriyeva, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Dinamo” – “Şimal” 2:0
Qollar: Şahin Əliyev, 27. Sadiq Hüseynli, 33.
Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Füzuli” 3:3
Qollar: Nihat Paşayev, 1. Ramazan Abbasov, 13. Nicat Fərəcli, 76 – Fuad Məmmədzadə, 10. Elgün Abbaslı, 23. Rəhim Nağıyev, 55.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Asif Abdullayev, Rasim Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:30.

“Göygöl” – “Hypers Quba” 4:6
Qollar: Ülvi Cəlilov, 13. İntiqam Tağıyev, 41; 73. Ülvi Cəlilov, 88 – Ağabəkir Həşimli, 24. İbrahim İbrahimli, 48. Hüseyn Novruzov, 57. Ağabəkir Həşimli, 61. Cavid İmamverdiyev, 64. İlham Yarəliyev, 90+2.
Hakimlər: Murad Səlimov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Seçilən
10
1
arena.az

5Mənbələr