AZ

“Hər futbolçunun axıtdığı hər damla tərin haqqını gec-tez veririk” – 0:10-a reaksiya

Futbol üzrə ölkə çempionatının 2-ci liqasının 17-ci turunda “Şəfa”ya 0:10 uduzan “Araz Saatlı” futbolçuları maaşdan məhrum olunub.

“Sportinfo”nun yaydığı xəbərə görə, komandanın baş məşqçisi Şəhriyar Məmmədovun təlimatı ilə futbolçular mart ayının əməkhaqqını almyacaq.Bu xəbərin nə dərəcədə doğru olduğunu klubun prezidenti Ədalət Abdullayevdən soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Tam absurddu. Sizi, futbol ictimaiyyətini və azarkeşlərimizi dezinformasiyalara inanmamağa çağırıram. Şükürlər olsun, iki mövsümdü bizdə maaşla bağlı problem yoxdu. Yubanmalar ola bilər, başqa klublardakı kimi. Amma hər futbolçunun axıtdığı hər damla tərin haqqını gec-tez veririk. Bir böyük hesablı məğlubiyyətə görə hər şeyin üstündən xətt çəkəsi deyilik ki?!”

ƏSƏD SEYİDOV
Seçilən
104
football-plus.az

1Mənbələr