AZ

DÇ-2026: Yeni Zelandiya final mərhələsinə vəsiqə qazandı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) vəsiqə əldə etmiş daha bir milli komanda müəyyənləşib.

Arena.az məlumat verir ki, Yeni Zelandiya yığması seçmə mərhələnin final oyununda Yeni Kaledoniya yığmasını 3:0 hesabı ilə məğlub edərək, mundiala vəsiqəsini rəsmiləşdirib.

Bu, Yeni Zelandiyanın dünya çempionatlarında 3-cü iştirakı olacaq. “Kivilər” daha əvvəl DÇ-1982 və DÇ-2010-da iştirak ediblər, amma qrup mərhələsini adlaya bilməyiblər.

Ümumilikdə Yeni Zelandiya yığması dünya çempionatlarının final mərhələrində 6 oyun keçirib, 3 heç-heçə, 3 məğlubiyyət yaşayıb. Topların fərqi isə 4:14 nisbətindədir.

Xatırladaq ki, DÇ-2026 Amerikanın üç ölkəsində – ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarış 48 komandanın iştirakı ilə baş tutacaq. Mundial iyunun 11-də başlayacaq, iyulun 19-da isə başa çatacaq.

Daha əvvəl Yaponiya yığması mundiala vəsiqə qazanmış ilk komanda olub.

Seçilən
32
arena.az

1Mənbələr