AZ

Brayan Rimer: “Danimarka yığması ilə fəxr edirəm”

Danimarka millisinin baş məşqçisi Brayan Rimer UEFA Millətlər Liqasının 1/4 finalının Portuqaliya yığması ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Danimarka yığması evdə qazandığı 1:0 hesablı üstünlüyünü əldən verərək, əsas vaxtda 2:3 hesablı məğlubiyyətlə əlavə vaxta sürüklənib və burada daha iki “yeyərək”, mübarizəsinə xitam verib – 2:5.

Brayan Rimer matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Əgər Portuqaliyaya gəlib 0:4 hesabı ilə məğlub olsaydıq, güman ki, kifayət etməydimizi anlamaq olardı.

Amma son on dəqiqəyə hesab üstünlüyü ilə girərək ardınca mübarizədən kənarlaşdırılanda, sanki güman ki, layiq olduğunun əlindən qoparıldığını hiss edirsən.

Mən, son həftə ərzində baş vermişləri alqışlamalıyam. Bizim, son illər ərzində bəzi ən böyük adları ilə vidalaşmış milli yığma komandamız var, buna rəğmən, biz meydana çıxır və iki oyunda göstərdiyimizi ortaya qoyuruq. Əslində, mən, komandamın və heyətimin etdikləri ilə çox qürur duyuram. Biz bir neçə böyük addıma təşəbbüs etmişik, qarşıda görüləcək çox iş var. Həm komandanın yaşı və həm də oyun nöqteyi-nəzərindən”, – Danimarkanın DR şəbəkəsi danimarkalı mütəxəssisdən sitat gətirir.

Seçilən
28
arena.az

1Mənbələr