1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağına yanan Kreml və batmaqda olan Rusiya hərbi gəmisi təsvir edilən rəsmlər asıb.
Oxu.Az xəbər verir ki, bunu "Time" nəşrinin jurnalisti Saymon Şuster bildirib.
Şuster qeyd edib ki, Zelenskinin seçdiyi bu rəsmlərin dəyəri ən çox bir neçə yüz dollar olsa da, dövlət başçısı üçün əsas əhəmiyyətli olan onlarda təsvir olunan mənzərələrdir.
"Onların hər biri qələbə haqqındadır. Mən elə bu otaqda yaşayıram", - Zelenski nəşrin jurnalistlərinə belə deyib.