"Barselona"nın yarımmüdafiəçisi Pedri "Osasuna" ilə təxirə salınan oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" futbolçunun dediklərini belə çatdırıb.
"Bir az yorğunuq, amma unutmamalıyıq ki, biz "Barsa"yıq. Cümə axşamı oynamalı olsaq, bunu edəcəyik və La Liqada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”
Bu mövsüm 22 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 42 matçda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
İspaniya çempionatının 27-ci turunun "Barselona" - "Osasuna" matçı martın 27-də keçiriləcək. Başlanğıc fitinin Bakı vaxtı ilə saat 00:00-da səsləndirilməsi planlaşdırılır.