AZ

“Azərbaycanın maraqlı komandası var” - Aleksey Baqa

Sabah Bakı vaxtı ilə 21.45-də yığmamız Belarus millisini qəbul edəcək.

Rəqib son oyunda Tacikistanı 5:0 hesabı ilə məğlub etdiyinə görə əhval-ruhiyyəsi yerindədi. Media və azarkeşlər də Bakıda rahat qələbə qazanacaqlarını düşünürlər.

Pressball.by saytı “Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın fikirlərini öyrənib:

“Son oyunda 5:0 qələbə qazanmağımız futbolçularımız “Real” səviyyəsindədi anlamına gəlmir. Portuqaliyalı baş məşqçi Fernando Santuş təcrübəli adamdı. Şübhəsiz, çərşənbə axşamı komandamız üçün asan olmayacaq. Rəqib yetərincə bacarıqlıdı, xüsusən də Bakıda yaxşı stadionda oynayacağına görə. Santuş adlı-sanlı mütəxəssisdi, nüfuzunu gücləndirmək üçün hər matçdan istifadə etmək istəyir. Son illərdə Azərbaycanda çoxlu əcnəbi mütəxəssis çalışsa da, xorvatiyalı Robert Prosineçkidən sonra onların heç biri millidə uğur qazana bilməyib. Orda işləmək o qədər də asan deyil. Azərbaycanın maraqlı komandası var”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
49
football-plus.az

1Mənbələr