Bakı. Trend:
"Brent" markalı neftin Londonun "ICE" birjasında 2025-ci ilinmayında fyuçerslərinin qiyməti 2025-ci il martın 3-dən bəri ilkdəfə bir barel üçün 73 dolları ötüb.
Trend-inməlumatına görə, bu barədə ticarət platformasından məlumatverilib.
Bakı vaxtı ilə saat 19:35-ə olan birja məlumatlarına əsasən,"Brent" markalı neftin qiyməti 1,22 faiz bahalaşaraq 73,04dollar/barelə bərabər olub.
Saat 19:50-də "Brent" markalı neftin fyuçersləri artım tempinibir qədər azaldıb və 73,03 dollar (+1,21%) səviyyəsində ticarətedilib. Eyni zamanda, "WTI" markalı neftin may fyuçersləri 1,32faiz bahalaşaraq bir barel üçün 69,18 dollar olub.