AZ

"Real"ın hücumçusu Mbappe DÇ-2026-nın hədəfini açıqlayıb

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı ildə dünya çempionu olmaq niyyətində olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Telefoot" 26 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

“Mən 2026-cı il Dünya Kubokunu qazanmaq istəyirəm”.

Xatırladaq ki, Fransa yığması DÇ-2022-nin finalına çıxıb və orada Argentina ilə qarşılaşıb. Didye Deşamın komandası penaltilər seriyasında 2:4 hesabı ilə məğlub olub.Oyun 3:3 hesabı ilə başa çatıb.

Bir gün əvvəl Fransa yığması Xorvatiya yığmasını məğlub edərək Millətlər Liqasının yarımfinalına yüksəlib. Deşamın komandası mötəbər turnirin finalına vəsiqə uğrunda İspaniya ilə mübarizə aparacaq.

Seçilən
46
90deqiqe.az

1Mənbələr