PSJ-də çıxış edən portuqaliyalı hücumçu Qonsalo Ramos karyerasını İspaniya çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 23 yaşlı hücumçunun transferində Madridin "Atletiko"su və "Barselona" klubları maraqlıdır.
Hər iki klub yaxın vaxtlarda futbolçunun agenti ilə danışıqlara başalayacaq.
Ramosun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Qonkalonun Paris nəhəngi ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunda başa çatır. Qonkalo Fransa çempionatının cari mövsümündə 14 oyun keçirib. Hücumçu 5 qol vurub və iki məhsuldar ötürmə edib.