Limonu yataq otağında saxlamaq və ya başucunuza qoymaq sağlamlıq baxımından faydalı ola bilər. Feng Şui inanclarına görə, limon mənfi enerjini uzaqlaşdırmaq, stressi azaltmaq və yuxu problemləri ilə mübarizə aparmaq üçün istifadə olunur. Limonun yaydığı qoxunun sinir sistemi üzərində sakitləşdirici təsiri olduğu bildirilir. Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, stresli və ya narahatsınızsa, limon sizin üçün ən yaxşı təbii vasitələrdən biri ola bilər. Limonu yataq otağına qoymağın 5 əsas faydası xəbərimizdə...
Limonu yataq otağına qoymağın 5 faydası
1. Havanı təmizləyir
Limon antibakterial xüsusiyyətlərə malikdir. Dilimlənmiş limonun yaydığı efir yağları otaqdakı bəzi zərərli bakteriyaları azalda bilər.
2. Stresi və narahatlığı azaldır
Limonun qoxusu sakitləşdirici təsir göstərə bilər. Aromaterapiyada limon yağı stressi, narahatlığı və hətta depressiya əlamətlərini yüngülləşdirmək üçün istifadə olunur.
3. Yuxu keyfiyyətini yaxşılaşdırır
Rahatladıcı təsiri sayəsində limonun qoxusu yuxuya getməyi asanlaşdırır. Lavanda kimi güclü olmasa da, təbii sakitləşdirici xüsusiyyətlərə malikdir.
4. Burun tıxanıqlığını azalda bilər
Limonun təravətləndirici qoxusu burun tıxanıqlığını aradan qaldıra bilər. Xüsusilə soyuqdəymə və ya allergiya zamanı nəfəs almağı rahatlaşdırır.
5. Sivrisinek və həşəratları uzaqlaşdırır
Limonun qoxusu bir çox həşərat üçün xoşagəlməzdir. Üzərinə mixək batırılmış limon isə təbii həşərat qovucu kimi istifadə edilə bilər.
Limonu necə istifadə etməli?
1 limonu ortadan iki yerə bölün və ya dilimləyin.
Daha təsirli olması üçün üzərinə bir neçə mixək batıra bilərsiniz.
Limonu bir boşqaba qoyaraq başucunuza və ya otağın bir küncünə yerləşdirin.
Hər gecə təzə limon istifadə etmək daha effektiv nəticə verə bilər.
Təbii üsullarla sağlamlığınızı dəstəkləmək üçün yataq otağınızda limon saxlamağa bir şans verin!