UFC əfsanəsi Həbib Nurməhəmmədov qarışıq döyüş ustası kimi unikallığından danışıb.
Publika.az xəbər verir ki, Həbib bu barədə sosial şəbəkədə paylaşdığı videoda bildirib:
“Bunu özüm haqqında deyəcəyəm. Mən gənc olanda, uşaqlıqda hamı avtomobil sahibi olmaq arzusunda idi. Amma mən isə həmişə maşın olmaq istəmişəm. Bu, mənim komandamın döyüşçüləri ilə fərqimdir”.