AZ

“Neftçala” Region liqasında ilk qələbəsini qazandı – “Makro2000”in sponsorluğu komandaya uğurlu gəldi – FOTO

2024/2025-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının F qrupunda (Cənub zonası) növbəti oyun keçirilib.

Neftçala rayonunda keçirilən oyunda “Neftçala” Futbol Klubu ilə Masallının eyni adlı futbol komandası qarşılaşıb.

Oyun 2:1 ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu oyundan etibarən “Neftçala” Futbol Komandası Region Liqasında “Makro2000” Şirkətlər Qrupunun baş sponsorluğu, “Yeni Çağ” Media Qrupunun media dəstəyi ilə iştirak edəcək.

Seçki dönəmində çətin günlər yaşayan Neftçala futboluna dəstək verəcəyinə söz verən millət vəkili Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə “Makro2000” Şirkətlər Qrupunun prezidenti Lokman Biter “Neftçala” Futbol Komandasının təmsilçiləri ilə görüşüb və Region Liqası oyunlarında komandanın yanında olacaqlarını bildirib.

Seçilən
11
8
veteninfo.az

9Mənbələr