PSJ-nin vingeri Xviça Kvaratsxeliya "Transfermarkt" portalında qiymət yenilənməsinə görə Fransa Liqa 1-in ən bahalı oyunçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, gürcü futbolçu, 80 milyon avro dəyərində qiymətləndirilir. İkinci yeri 75 milyon avro ilə Xviçanın komanda yoldaşı Usman Dembele tutub. Üçüncü yeri yenə PSJ-nin oyunçusu Bredli Barkola tutur, onun dəyəri 70 milyon dəyərində qiymətləndirilib, Aşraf Hakimi və Joao Neves reytinqdə dördüncü və beşinci yerləri tutub.
Portal onların dəyərini 65 milyon avro qiymətləndirib və hər iki futbolçu da PSJ-ni təmsil edir.