Öncəliklə onu qeyd edim ki, Cəmil Həsənli nəinki hansısa xarici dili, heç öz ana dilini ədəbi səviyyədə bilmir. Və belə olan halda onun danışdıqlarını ilk öncə normal azərbaycancaya, azərbaycancadan ingiliscəyə, ingiliscədən də tələbələrə çatdırmaq lazımdır. Bu isə alınan iş deyil. Çünki, uşaqlar mövzu haqda məlumat alana qədər mövzunun özü urvatsız olar.
İkincisi...Bu adam 12 ildir işsizdirsə, görəsən indiyə qədər niyə oturub gözləyib? Daha dəqiq desəm: nəyi oturub gözləyib? Gedib dünyanın ən prestijli Universitetlərindən birində çalışardı da. Axı, Həsənli hər kvartalda minimum bir dəfə anons verir ki, məni çağırırlar. Çağırırlar, get də. Kimi gözləyirsən? Kimə minnət vurursan? Kim tutub saxlayıb səni?
Nəhayət, üçüncüsü...Məncə, Cəmildən soruşmaq lazım. Ki, a bəy, söhbət həqiqətənmi hamımızın bildiyi və tanıdığı Harvarddan gedir? Və ya...əminsənmi ki, səni ora müəllim, mühazirəçi kimi çağırıblar?
Çün, Harvardda bağban ştatı da var, çayçı da, qırçı da, "santexnik” də.
Deyirəm, bəlkə...?
Elşən Musayev,
Milli Məclisin deputatı.