2025-сi ilin yanvar – fevral ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə polad boruların istehsalı 2,1 dəfə artıb.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-сi ilin yanvar – fevral ayları ərzində Azərbaycanda 26 min ton polad borular, 69 min ton armatur istehsal olunub. İstehsalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1 dəfə və 17,9% artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 190,9 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9 faiz azalma müşahidə olunmuşdur. 2025-сi ilin yanvar-fevral aylarında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 13,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 11,2 faiz azalmışdır.