AZ

Türkiyədəki zorakılıq dalğasına görə müxalifət tərəfdarları məsuliyyət daşıyırlar - Ərdoğan

Bakı. Trend:

Türkiyədə zorakılıq dalğasına görə müxalif Cümhuriyyət XalqPartiyası (CHP) və onun sədri Özgür Özəl tam məsuliyyətdaşıyır.

Trend-inməlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanNazirlər Kabinetinin iclasından deyib.

"Biz ana müxalifət partiyasının liderinin insanları küçələrəçıxmağa çağırmasından sonra baş verən və sürətlə zorakılığaçevrilən hadisələri narahatlıqla izlədik. Son bir neçə gündəmarjinal təşkilatların və şəhər quldurlarının hücumlarınnəticəsində 123 polis əməkdaşımız xəsarət alıb. Təəssüf ki,müxalifət partiyasının rəhbərliyi, o cümlədən onun sədrişüursuzluğun bariz nümunəsini nümayiş etdirdi. Polis əməkdaşlarınınyaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlətəmlakına milyardlarla lirə dəyərində ziyan dəyməsinə görə bütünməsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarlarıdaşıyırlar", - deyə Türkiyə prezidenti bildirib.

O qeyd edib ki, bütün bunlara parlamentdə baxılacaq və bununlabağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq.

Seçilən
21
az.trend.az

1Mənbələr