AZ

Millət vəkili Tənzilə Rüstəmxanlı Xolqaraqaşlı kənd xəstəxanasına baş çəkib



Milli Məclisin deputatı Ailə Saglamlıq Bölməsinə baş çəkib və xəstəxananın əməkdaşları ilə görüşüb.

Qeyd edək ki, "Xol" ərazisində 11 kəndin 25 mindən çox əhalisinə xidmət edən tibb müəssisəsi olan Xolqaraqaşlı xəstəxanası 1989-cu ildə istifadəyə verilsə də, ötən 35 ildə cəmi bir neçə dəfə təmir edildiyindən, vəziyyəti çox da ürəkaçan vəziyyətdə deyil. Təəssüflə vurğulamalıyıq ki, rayon mərkəzindən 30 km-dən artıq uzaq məsafədə yerləşən bu xəstəxananın nə doğum şöbəsi, nə də təcili yardım xidməti yoxdur. Xəstəxananın 55 otağı, 60-dan artıq işçisi olsa da, xidmət üçün yararsız halda olması ucbatından, kənd sakinləri öz müalicələrini rayon mərkəzində, bəzən də Bakı şəhərində almaq məcburiyyətində olduqlarını bildirirlər.

Newscenter.az xəbər verir ki, xəstəxana kollektivi ilə görüşən Tənzilə Rüstəmxanlı bu tibb ocağının normal fəaliyyəti üçün əlindən gələn hər şeyi edəcəyini bildirib. Millət vəkili seçkilər dövründə də ona bu xəstəxananın təmiri ilə bağlı müraciətlərin edildiyini və mövzunu diqqət mərkəzində saxladığını qeyd edib.
Tənzilə Rüstımxanının bu ümidverici sözləri xəstəxana işçilərinin, həmçinin kənd sakinləri tərəfindən çox xoş qarşılanıb.

Görüşdən iki gün sonra deputatın dəvəti ilə bir qrup türk iş adamı Xolqaraqaşlı xəstəxanasında olaraq, orada görülə biləcək işlərlə bağlı qeydiyyat aparıblar.

]

Süleyman
Seçilən
46
newscenter.az

1Mənbələr