“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubda oynamağa davam etməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, niderlandlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Yarımmüdafiəçi uzun müddət müqavilənin uzadılması ilə bağlı danışıqlardan imtina etməsi, mətbuatda Kataloniya nəhənginin futbolçunu satmağa hazır olması ilə bağlı şayiələr tez-tez yer alırdı. Jurnalist Paul Ballusun verdiyi xəbərə görə, de Yonq Barselonada qalmağa qərar verib və klubla yeni müqavilə imzalamağı planlaşdırır. Tərəflər arasında danışıqlar davam edir.
Frenki bu mövsüm “Blauqrana”nın heyətində bütün turnirlərdə 29 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.